Azərbaycanın növbəti tanıtım videosu yayıldı – VİDEO
29.1.2014

“Azerbaijan - Land of the Future” videosunda ölkə müasirliklə tarixin qovuşduğu məkan kimi göstərilib.

Videoda həm tarixi abidələr və məkanlar, həm də yeni tikililər, “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şəhidlər Xiyabanı, Qobustan qaya rəsmləri, Şəki Xan Sarayı və digərləri nümayiş etdirilib.

Bundan başqa, videoda Azərbaycanın həm də təbii sərvətlərlə, xüsusilə də neft və qazla zəngin ölkə olmasından və bu sahənin tarixindən danışılır. “Şahdəniz“-in dünyanın ən böyük qaz yataqlarından biri olması qeyd olunur. Neft-qaz sahəsində dünyaca uğurlu layihələr haqqında məlumat verilir.

Bu məqamda SOCAR-ın lider enerji şirkətlərindən olması vurğulanır və SOCAR-ın yeni tikilməkdə olan binası nümayiş etdirilir.

Bundan başqa, videoda çay istehsalının da vaxtilə Azərbaycanın əsas sahələrindən olması qeyd edilir. Və bu geniş çay plantasiyalarının nümayiş olunması ilə müşayiət olunur.

Videoda xalçaçılıq sənəti də yaddan çıxarılmayıb və dünyaca məşhur olan Azərbaycan xalçaçılıq sənətinin nümunələri diqqətdən kənar qalmayıb.

VİDEO

Oxu.az