Avtobuslarda kart sisteminin tətbiqi sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 29 yanvar 2014-cü il tarixə olan məlumata görə, artıq Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Bu isə 743 ədəd avtobus deməkdir.
Həmin marşrutlar bunlardır:
1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.
Qeyd edək ki, avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq.
Milli.Az