Bu viranə 82,8 milyon dollara satılır - FOTO
29.1.2014

London dünyada daşınmaz əmlakın ən baha qiymətlərə alınıb satıldığı şəhərlərdən biri kimi satılır. Lakin dünən satışa çıxarılmış ev yeni rekord vura bilər.


Britaniya paytaxtının Meyfeyr səmtindəki "Grade II Mayfair" malikanəsi 82,8 milyon dollara satışa çıxarılıb.
Viran qalmış bu binanın təmiri üçünsə ən azı 25 milyon dollar gərəkdir.

Əvvəllər otel olmuş bu bina 1750-ci ildə inşa edilib.

Ekspertlərin dediklərinə görə, bina yaxşı təmir ediləndən sonra ən azı 150 milyon dollara satıla bilər.



Milli.Az