London dünyada
daşınmaz əmlakın ən baha qiymətlərə alınıb satıldığı şəhərlərdən biri
kimi satılır. Lakin dünən satışa çıxarılmış ev yeni rekord vura bilər.
Britaniya paytaxtının Meyfeyr
səmtindəki "Grade II Mayfair" malikanəsi 82,8 milyon dollara satışa
çıxarılıb.
Viran qalmış bu binanın təmiri üçünsə ən azı 25 milyon dollar gərəkdir.
Əvvəllər otel olmuş bu bina 1750-ci ildə inşa edilib.
Ekspertlərin dediklərinə görə, bina yaxşı təmir ediləndən sonra ən azı 150 milyon dollara satıla bilər.




















Milli.Az