3 yaşlı inanılmaz istedad - VİDEO
29.1.2014

Azərbaycanda və dünyada öz istedadı ilə hər kəsi təəccübləndirən uşaqlar yetərincədir. Belə istedadlı uşaqlardan biri də 3 yaşlı İsadır. Ona “balaca alim” də demək olar. Çünki balaca İsa böyüyəndə elə alim olmaq istəyir.

Cəmi 3 yaşı olsa da, İsa vurma cədvəlini əzbər bilir, onluqları, yüzlükləri, minlikləri hətta milyonları asanlıqla toplaya bilir. BiG.Az-ın müxbirlərini qarşılayanda da qələmi əlində, yazı taxtası, silgisi, hesablayıcı maşını da yanında idi.

Valideynləri deyir ki, İsanın hələ bir yaşı, yaş yarımı olanda onun bu qeyri-adi istedadı üzə çıxıb. O vaxtlar rəqəmləri 1 dəfə deməklə artıq İsanın yaddaşına həkk olunurdu. Ən qısa müddətdə 100-ə qədər saymağı öyrənib.

Anası bildirir ki, İsa ağlayanda belə, adi misal deyən kimi sakitləşir, əlavə sözə ehtiyac olmur. İsanın ən sevdiyi rəqəm isə 7-dir.

“Balaca alim” qohumların mobil telefonların nömrələrini də əzbər bilir. Bir az da əsəbi olan İsanın başqa bir istedadı da var. O, rus, ingilis və ərəbcə saymağı da bacarır.

VİDEO

Big.az