Günün ulduz falı
15.2.2012

Qoç - Ətrafınızdakılara elə görünəcək ki, işinizdə uğurlar qazanırsınız. Əslində, işə elə canla-başla girişirsiniz ki, heç bir problem və çətinlik qarşınızda duruş gətirmir. Bu gün sizə tərəf can atan insanlarda nə sizə məxsus enerji, nə nikbinlik var. Odur ki, yeni tərəfdaşlarınızı nəinki arxanızca aparmalı, eyni zamanda mənəvi cəhətdən onlara dəstək verməli olacaqsınız.
Romantik münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı gündür. Əlaqəniz daha da ciddiləşir. Yarınızın hisslərinin necə dərin olduğuna bu gün şahid olacaqsınız.

Buğa - Xüsusilə biznes və maliyyə sahəsində uzunmüddətli planlaşdırma üçün münasib gündür. İşgüzarlığınız güclüdür, sahibkarlıq xüsusiyyətiniz daha qabarıqdır. Həm rəqiblərinizi qabaqlaya, həm də onlar üzərində möhtəşəm və qəti qələbə qazana bilərsiniz.
Gün, həmçinin şəxsi münasibətlər baxımından da əladır. Ən mürəkkəb və qaraqabaq adamlarla da dil tapa bilirsiniz. Valideyn Buğaların uşaqlarıyla münasibəti xoş olacaq.

Əkizlər - Pis gün deyil. Səhvlərinizdən ibrət dərsi götürür və bir dəfə düşdüyünüz palçığa ikinci dəfə qədəm qoymursunuz. Vaxtınızı boş söhbətlərə, mənəvi gücünüzü isə münasibətlərin aydınlaşdırılmasına sərf etmirsiniz. İşgüzar əlaqələri gücləndirmək, biznes ortaqları və həmkarlarla qarşılıqlı razılaşma əldə etmək imkanınız var. Böyük məbləğdə pul ala bilərsiniz. Amma bu pulların əlinizdə çox qalmayacağı da mümkündür.
Günün ikinci yarısı qohumlarınızla mübahisələr gözlənilir. Hər şeyi zarafata çevirmək imkanı var, bundan istifadə edərək münaqişələrdən qaça bilərsiniz.

Xərçəng - İşinizdə dəyişikliklər etmək üçün yaxşı gündür. İstənilən yenilənmə yalnız xeyrinizədir. Yaradıcı qabiliyyətlərinizi səmərəli şəkildə işə tətbiq etmək imkanınız olacaq. Uğurlarınız kölgədə qalmayacaq. Xeyli əcnəbi iş ortağı tapa bilərsiniz.
Sevdiyinizi təəccübləndirmək, sevindirmək imkanını əldən verməyəcəksiniz. Gün köçmək, təmir və interyerin təzələnməsi üçün münasibdir. Sizə bir şey qadağandır - keçmiş barədə fikirləşmək. Köhnə əlaqələri bərpa etməyə çalışmayın.

Şir - İstənilən məclisdə rəğbət qazanmaq sizə asandır. Hətta sizi çoxdan tanıyan insanları yenidən özünüzə valeh edə bilərsiniz. Peşəkar problemlərin həllində şəxsi əlaqələrdən istifadə səmərəli olacaq.
Hər bir şeydə səliqə yaratmaq vaxtıdır (həm həqiqi, həm məcazi mənada). Sizə yaramayanlardan can qurtarmağa çalışırsınız. Son vaxtlar həyatınızı çətinləşdirən anlaşılmazlıqlara aydınlıq gələcək.

Qız - Bu gün çox böyük probleminiz var: başqalarının rəyi sizi maraqlandırmır. Əlbəttə, başa düşürsünüz ki, ətrafınızdakıların da öz maraqları, arzuları var. Amma sizin mənafeyiniz bu gün sizə hər şeydən üstündür. Yaxşı nəticələr əldə edirsiniz, amma eyni zamanda da özünüzə düşmən qazanırsınız. Bunlar isə adi adamlar deyillər, çox nüfuzludurlar.
Uşaqlıq dostları, yaxud çoxdan görüşmədiyiniz adamlardan aldığınız xəbərlər sizi çaşdıra bilər. Bir çox Qızlar hesab edəcəklər ki, şəxsi həyatlarında dəyişikliklər etmək vaxtı gəlib çatıb və düşünülməmiş addımlar atacaqlar.

Tərəzi - Günün emosional fonu çox gərgindir. Mübahisə, fikir ayrılıqları və xoşagəlməz situasiyaların sayı-hesabı yoxdur, hamısı da sizin ucbatınızdan yaranır. Əlbəttə, belə olmasını istəməzdiniz. İşləri daha da dolaşdırmamaq üçün bu gün, heç olmasa, rəhbərliyin gözünə görünməyin. Onun haqqında nə fikirləşdiyinizi, hətta fikirləşmədiyinizi də üzünə çırpmaq istəyirsiniz. Amma bu gün məsləhət deyil.
Yaxınlarınızla da dil tapmaq asan deyil. Amma arada dilinizi dişləməli olursunuz. Səssiz narazılıq isə sifətinizdən yağır və sizi heç də gözəl göstərmir.

Əqrəb - Çətin ki, bu gün işdə nəsə əldə edəsiniz. Əvəzində dostlarınızla şənlənə, çoxdan itirdiklərinizlə görüşə biləcəksiniz. Gecə keçənədək əylənməyə hazırsınız, hər yeni tanışlığa sevinir, nazlanır və flirt edirsiniz.
Təhsil alanların bilikləri qavramaqda və böyük həcmli materialların hazırlanmasında çətinlikləri ola bilər: sadəcə olaraq, onlar bir yerdə duruş gətirmirlər və təcrübə nəzəriyyədən daha cəlbedici görünür. Sizin yüngüllüyə meyliniz ətrafınızdakıları artıq narahat edir, hətta sevdiyiniz də baş verənləri qorxu ilə izləyir. Özünüzü ələ alın və sübut etməyə çalışın ki, ağlınız başınızdadır və himayəyə ehtiyacınız yoxdur.

Oxatan - Nə istədiyinizi dəqiq bilirsiniz və onu əldə etmək üçün sərt tədbirlər görməyə hazırsınız. Bu taktika çox səmərəlidir, amma çətin ki, ortaqlarınızın və tərəfdaşlarınızın xoşuna gəlsin: sizi öz ürəklərində günahlandırır, yaxud da ucadan tənqid edirlər. Amma bu, rəqiblərinizi qabaqlamanıza, düşmənlərinizə qalib gəlmənizə, yaxud da rəhbərliyi yerinə oturtmanıza mane olmur.
Şəxsi cəbhədə qarışıqlıqdır. Özünüzün haqlı olduğunuza dair sarsılmaz inamınız bəzən yaxınlarınızı təəccübləndirir, bəzən isə özündən çıxarır. Onlara elə gəlir ki, sizinlə bir araya gəlmək mümkün deyil və çıxıb gedirlər, sizin isə ünsiyyətə ehtiyacınız vardı…

Oğlaq - Gününüz pis keçməyəcək. Mübahisəli məsələlərin uğurlu həlli mümkündür. İntuisiyanız çox güclüdür, bu, münaqişələrdən qaçmağa və onların səbəbini ortaya çıxarmağa imkan verəcək. Sənədlərin hazırlanması, hüquqi məsələlərin həlli, dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər üçün münasib gündür.
Yaxınlarınıza qarşı çox diqqətli olun. Hansısa ümumi planı, ailəniz üçün vacib olan bir günü unuda, nəzakətsizlik edə, istəmədən kiminsə yarasının qaysağını qopara bilərsiniz.

Dolça - Bu gün bir iş sizdə daha yaxşı alınır - başqalarında özünüzə qarşı xoş təəssürat yaratmaq. Bundan həm işgüzar, həm şəxsi məqsədlərlə istifadə etmək olar. Danışıqlarda və müsahibələrdə uğur faiziniz yüksəkdir. Özünüzə nüfuzlu hami tapa bilərsiniz. Amma onların yardımı qarşılıqsız olaraq edəcəyinə ümid bəsləməyin.
Uzaq səfərlər, ağır fiziki iş məsləhət görülmür. Ev işlərilə məşğul olmaq isə sizə ancaq fayda verər. Bu gün mebel, interyer üçün əşyalar ala bilərsiniz, xüsusilə güzgülərə və işıq mənbələrinə fikir verin.

Balıqlar - Yaradıcılıqla məşğul olmaq üçün yaxşı gündür. Sizin istedadınız üçün yaxşı tətbiq sahəsi tapılır: yalnız maraq xatirinə gördüyünüz iş gəlir gətirməyə başlayır. İş görüşləri uğurlu keçir, ortaqlarınız sizin şərtlərinizlə razılaşmağa hazırdırlar. Maliyyə ilə bağlı xoş xəbərlər ala bilərsiniz.
Yeni romantik münasbitlərin başlanması, çox şeylər vəd edən tanışlıqlar mümkündür. Asanlıqla aşiq olur, başınızı itirirsiniz. Qorxmayın, axırı yaxşı olacaq. İntuisiyanız sizi məhz istədiyiniz yerə aparır.


                                                                                                                                  Milli.Az