“AccessBank” “şanslı əmanət” lotereyasına başlamışdır
29.1.2014

“AccessBank” “şanslı əmanət” lotereyası keçirir. Yanvarın 28-dən martın 31-dək banka minimum 5 min manat məbləğində (və ya bu məbləğin ABŞ dolları ekvivalentində) əmanət yatıran bütün fiziki şəxslər, rezidentlər və qeyri-rezidentlər lotereyada iştirak etmək hüququnu qazanırlar.
Bankdan bildirilmişdir ki, hər 5 min manat və ya onun ABŞ dolları ekvivalenti məbləğində yatırılan əmanət lotereyada iştirak etmək istəyən müştəriyə bir uduş şansı yaradır. Uduş şanslarının sayına məhdudiyyət qoyulmur.
Lotereyanın uduş fonduna Volkswagen Passat avtomobili və digər qiymətli əşyalar daxildir.
Uduş fondu aprelin 8-dək oynanılacaqdır.
Ətraflı məlumatı www.accessbank.az saytından əldə etmək olar.

AzərTAc