Dubayın Ticarət mərkəzi 2013-cü ilin ən çox ziyarət edilən TM-i seçilib
30.1.2014

Dubayın “Dubay Mall” Ticarət Mərkəzi 2013-cü ildə ən çox ziyarətçi qəbul edən ticarət mərkəzi seçilib.

Keçən il “Duaby Mall” Ticarət Mərkəzini 75 milyon insan ziyarət edib. 2012-ci il ilə müqayisədə, “Dubay Mall” Ticarət Mərkəzinin ziyarətçilərinin sayı 15 faiz artıb.

Orta hesabla, hər gün bu ticarət mərkəzini 200 min insan ziyarət edir. Onlarında əksəriyyəti turistlərdir. “Dubay Mall” Ticarət Mərkəzində 1,2 min mağaza və ən böyük akvarium fəliyyət göstərir.

Qeyd edək ki, hazırda “Dubay Mall”da genişlənmə işləri gedir. İşin 2015-ci ilin sonuna kimi bitəcəyi planlaşdırılır.

ANS PRESS