Beynəlxalq “ArchDaily” memarlıq şirkəti SOCAR-“Makdonalds”ın Batumi
şəhərindəki yanacaqdoldurma stansiyasını 2014-cü ilin ən gözəl memarlıq
abidələri siyahısına daxil edib.
Stansiya orijinal və futurist dizaynı ilə diqqəti cəlb edib.
Bu, SOCAR-ın dünyanın diqqətini çəkmiş ilk obyekti deyil.
Tbilisi-Batumi mərkəzi avtomobil yolunda SOCAR-ın layihəsi əsasında
istifadəyə verilib və müştərilərə hər cür xidmət göstərən obyekt də
beynəlxalq populyarlıq qazanıb.


ANS PRESS