Azərbaycan şirkəti dünyanın ən gözəl memarlıq abidələri siyahısına salınıb - FOTO
30.1.2014

Beynəlxalq “ArchDaily” memarlıq şirkəti SOCAR-“Makdonalds”ın Batumi şəhərindəki yanacaqdoldurma stansiyasını 2014-cü ilin ən gözəl memarlıq abidələri siyahısına daxil edib.

Stansiya orijinal və futurist dizaynı ilə diqqəti cəlb edib.

Bu, SOCAR-ın dünyanın diqqətini çəkmiş ilk obyekti deyil.

Tbilisi-Batumi mərkəzi avtomobil yolunda SOCAR-ın layihəsi əsasında istifadəyə verilib və müştərilərə hər cür xidmət göstərən obyekt də beynəlxalq populyarlıq qazanıb.





ANS PRESS