Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında Xalq Artisti Məzahir Süleymanovun 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Yaradıcı kollektivin iştirak etdiyi yubiley tədbirində teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Mehman Şükürov, baş rejissor, Əməkdar Artist Firudin Məhərrəmov, Xalq Artisti Valeh Kərimov və başqaları yubilyarı təbrik etmiş, ona xoş arzularını çatdırmışlar.
Yubilyarın teatrdakı fəaliyyətindən söz açılmış, onun yaratdığı parlaq obrazlar xatırladılmışdır.
Tədbirin sonunda yubilyara güllər və tərifnamə təqdim olunmuşdur.
AzərTAc