Qoç - soyuqqanlı və məntiqli davranın, hiss və
emosiyalarınızın əsiri olmayın. Peşəkar fəaliyyət müstəvisində
qarşılaşdığınız problemlər ilk baxışdan göründüyü kimi ağır, məşəqqətli
deyil. Sualların çoxunun cavabı üzdədir.
İşdə rəhbərliklə, fəaliyyət müstəvisində nüfuzlu insanlarla dil tapın. Belə olarsa, onlar sizi dəstəkləyəcəklər.
Ailə
problemlərinin əksəriyyətinin öhdəsindən təkbaşına gəlməli olacaqsınız.
Çünki yaxınlarınız müşküllərin çözümü ilə bağlı baxışlarınızı və
mövqeyinizi bölüşmürlər.
Mübahisyə başlamayın, uzun-uzadı izahatlara varmayın. Bunun əvəzində istədiyiniz kimi davranın.
Effektiv taktikanı seçin.
Buğa
- emosional, əsəblərin tarıma çəkiləcəyi gün olacaq. Nə edəcəyinizi
düşünüb çaş-baş qalmayın. Belə vəziyyət diskomfort yaradır və o, uzun
müddət davam etməməlidir. Gərəksiz riskə əl atmadan ehtiyatlı davranın.
Adətlərə, qaydalara, ənənələrə riayət edin. Özünüzü təhlükəyə atmayın.
Yaxınlarınızla
problemlər yarana bilər. Problem barədə susub onu inandığınız
insanlarla müzakirə etməmək konstruktiv davranış deyil. Hadisələrin
axarına zərurət yaranarkən müdaxilə edin ki, razılıq və sakitlik hissi
yaransın.
Əkizlər - özünüzə
yeni çətinliklər yaradıb sonra onları böyük zəhmət və səy bahasına
aşmayın. Gün maraqlıdır. Səylərinizi hədər yerə sərf etməyin.
Uzun
müddətdən bəri etibar etdiyiniz insanlardan, bel bağladığınız
müttəfiqlərdən biri sizi yanılda bilər. Həmin şəxs vədlərinə əməl etmir.
Narahat olmayın, ruhdan düşməyin, irəliləməyə davam edin.
Yaşam potensialının səviyyəsi yüksəkdir. İfrat yorğunluqdan qorxmayın.
Heç gözləmədiyiniz halda gəlir əldə etmək, hədiyyə almaq, sürprizlə qarşılaşmaq şansınız var.
Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng
- qarışıq, çətin, problemli gündür. Müşküllər qəflətən yaranır. Fəqət,
istənilən hadisə və olaydan faydalanmağa çalışın. Enerjili və fəal olun.
Ətrafınızdakı insanlar da nikbinliyinizdən ruhlanmalıdır. Birgə
fəaliyyət üçün əlverişli gündür.
Səfər və ya səyahətə yollanmaq olar. Pozitiv emosiyalar əldə edəcəksiniz.
İşdə yeni layihə başlana bilər. Təmaslarınızı yeniləyin, zəifliyin hiss olunduğu məqamdakı geriləməni aradan qaldırın.
Təxəyyülünüzü işə salın. Sonuclar sizi nigaran qoymayacaq.
Şir -
başladığınız bütün işlərdə uğura nail ola bilərsiniz. İnadkar,
qətiyyətli, əzmkar olun. İlk çətinlikdən sonra geri çəkilməyin.
Ünsiyyətdə səmimiyyət, açıqlıq və dürüstlük sizə yeni işgüzar
tərəfdaşlarla yanaşı, əsl dostlar tapmağa da kömək edəcək.
Dəvət
aldığınız tədbirlərə qatılın. Hadisələrin mərkəzində olun, baş
verənləri diqqətdən qaçırmayın. Ailədə problem yaranarsa, vəziyyəti
sakit və soyuqqanlı şəkildə müzakirə edərək çözün.
Qız -
kiçik problemlər və əhəmiyyətsiz müşküllərə fikir verməyin, onları
aşılmaz səddə çevirməyin. Müttəfiq və köməkçi tapacaqsınız. Nüfuzlu
insanlardan dəstək alsanız, irəliləyişiniz sürətlənəcək.
Təşəbbüs
üçün yaxşı gündür. İdeyalarınızı səsləndirin, müzakirə edin.
Problemlərin qeyri-standart həll variantlarını təklif edin. Bu gün nə
qədər çox diqqət cəlb etsəniz, mövqeləriniz bir o qədər möhkəmlənər.
Dostlarla görüş və romantik təmaslar üçün yaxşı gündür.
Yeni tanışlığa güvənməyin. Bu gün başlanan təmasın ciddi əlaqəyə dönmə şansı çox azdır.
Tərəzi
- əlverişli və maraqlı gündür. Asanlıqla uğur əldə edə bilərsiniz. Yeni
tanışlıqlar peşəkar fəaliyyət və şəxsi münasibətlər baxımından
perspektivlidir.
Başladığınız işləri uğurla bitirməyə
çalışın. Çoxdan bəri reallaşdırmağa çalışdığınız niyyətinizi bu gün
həyata keçirə bilərsiniz.
Sənədləşdirmə, dövlət qurumlarının nümayəndələri ilə danışıqlar üçün uğurlu zamandır.
Günün
ikinci yarısında yaşam potensialı səviyyəsi aşağı düşəcək. Əvvəlki
günlərlə müqayisədə daha tez yorulacaqsınız. Özünüzü çox yormayın,
orqanizminizi sınağa çəkməyin.
İfrata varmayın.
Əqrəb
- özünüzü yaxşı hiss etmək və nikbin çalışmaq üçün aktiv fəaliyyət
göstərin. Bir yerdə oturmayın. Belədə yaxın ətrafınızdakı insanlar da
sizinlə hesablaşacaqlar.
İşgüzar danışıqlar üçün əlverişli zamandır.
Siyasi və ictimai proseslərə maraq arta bilər.
Gerçək
şərait və yaxınlarınızın mövqelərini qulaqardına vuraraq planlarınızı
reallaşdırmağa çalışmayın. Belə olarsa, sizi təəssüf və nigaranlıq
gözləyir.
Ailə üzvləri ilə təmaslarda diqqətli olun. Ev işləri ilə məişət qayğılarını unutmayın.
Oxatan -
emosional baxımdan çətin gündür. Mövcud problemlərə yeniləri əlavə
olunur. Səbrli olun, təmkinli davranın. Çətinliklərin sayını könüllü
şəkildə artırmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin
axarına rəğmən məntiqli olun. Sizə rəğbət bəsləyən insanlara şübhə
bəsləməyin.
İşdə ciddi olun ki, təşəbbüslə çıxış edə
biləsiniz. Mövqelərinizi qoruyun, fikrinizdən dönməyin. Hər şeyə rəğmən
uğurlara nail ola bilərsiniz.
Maliyyə situasiyasında müsbət dəyişikliklər ola bilər.
Oğlaq
- qətiyyət və inadkarlıq tələb olunan işlərdə uğur qazanacaqsınız. Risk
etmək, yeni işə başlamaq olar. Görüləsi iş ilk əvvəl çətin, hətta
mümkünsüz təsir bağışlasa belə, ruhdan düşməyin. İnadla çalışsanız,
nailiyyətlər əldə edəcəksiniz. Vəziyyət gərginləşəndə sakit davranmaq,
emosiyalara hakim olmaq çətindir. Soyuqqanlı olun.
Günün
ikinci yarısında çoxdankı arzularınızdan biri reallaşa bilər. Rahat və
asudə ünsiyyət zamanıdır. Taleyin sizi qarşılaşdırdığı insanlarla dil
tapın.
Anlaşma və sövdələşmələr üçün əlverişli zamandır.
Dolça
- müsbət təmayüllərin təsiri güclənir. Gün rahat və uğurludur. Çox
çalışın, səy göstərin. Əməyinizin bəhrəsi özünü çox gözlətməyəcək.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Qəbul etdiyiniz qərarların düzgün və orijinal olmasına çalışın.
Praktiki,
rasional təfəkkürlü insanlarla çalışmağa üstünlük verin. İllüziyalar və
hisslər dünyasına qapılan şəxslərdən kənar durun.
Yeni işə, layihəyə, münasibətlərə başlamaq üçün əlverişli zamandır. İntuisiyanızın səsinə qulaq asın.
Balıqlar
- maraqlı görüşlər, məhsuldar danışıqlar günüdür. Mövqeyinizi həssas
şəkildə bildirin. Önəm verdiyiniz insanları özünüzdən narazı salmayın.
İşdəki uğurlarınızı rəhbərlik görməsə də, az sonra mükafat və ya gəlir əldə edəcəksiniz.
İrəliləyiş gözlənilməz olacaq.
Yaşam
arealında qayda yaratmaq üçün çalışmaq gərəkdir. Təmir və ya köçə
başlamaq olar. Yaxın ətrafınızdakı insanlarla müqayisədə daha enerjili,
daha diqqətli olun. Yaxınlarınızı astagəllikdə, ətalətdə suçlamayın.
Sərt davranmayın.
Milli.Az