Azərbaycan Dövlət Kukla Teatrının fevral repertuarı maraqlı tamaşalarla zəngindir
30.1.2014

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fevral repertuarı maraqlı tamaşalarla zəngindir.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilmişdir ki, fevralın 1-də H.Ziyanın “Əkiz qardaşlar”, H.X.Andersenin “Nağıl haqqında nağıl” (rus dilində), ayın 2-də K.Ağayevanın “Göyçək Fatma” və Ş.Perronun “Göysaqqal” tamaşaları göstəriləcəkdir.
“Nağıl haqqında nağıl” tamaşası həmçinin fevralın 4, 9, 12, 14 və 21 tarixlərində, “Göysaqqal” tamaşası isə fevralın 6, 8, 15, 18 və 22 tarixlərində də nümayiş etdiriləcəkdir.
Teatrın kollektivi fevralın 5-də M.Seyidzadənin “Cırtdan”, 7-də K.Ağazadənin “Məlikməmməd” və T.Ağayevanın “Qoçaq Əhməd” (rus dilində) tamaşalarını göstərəcəkdir. “Qoçaq Əhməd”, həmçinin fevralın 20, 23, 27 və 28 tarixlərində də nümayiş olunacaqdır.
Uşaqlar fevralın 8-də Ə.Orucun “Zınqırovlu pişik”, ayın 9-da M.Seyidzadənin “Cırtdan”, 11-də H.Ziyanın “Əkiz qardaşlar” tamaşalarına baxa bilərlər.
Teatrın kollektivi fevralın 13-də K.Ağazadənin “Məlikməmməd”, ayın 14-də Ə.Abbasovun “Şəngülüm, şüngülüm”, 15-də Ə.Səmədlinin “Cİk-cik xanım” tamaşalarını göstərəcəkdir.
C.Rodarinin “Çipollino”su fevralın 16-da, Ş.Perronun “Sehrbaz qadın”ı isə ayın 19-da və 21-də göstəriləcəkdir.
Fevralın 22-də H.Ziyanın “Əkiz qardaşlar”, ayın 23-də N.Kazımovun “Ələddin”, 25-də M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları nümayiş etdiriləcəkdir.
Uşaqlar fevralın 26-da K.Ağazadənin “Məlikməmməd”, 28-də M.Seyidzadənin “Cırtdan” tamaşalarına baxa bilərlər.

AzərTAc