Dünyanın ən hündür hotel binası bu ilin sonlarında Dubayda açılacaq. Dubaydakı hotelin tikinti işlərini bu sahənin ən
qabaqcıl şirkətlərindən biri olan "JW Marriott" şirkəti aparır. İki
qüllədən ibarət olacaq "JW Marriott Marquis Dubai" hotelinin hündürlüyü
355 metr təşkil edəcək.
Hoteldə ümumilikdə 1608 otaq, 24 iclas salonu, 9 restoran, 5 əyləncə və
istirahət mərkəzi, eyni zamanda, 1500 kvadratmetrlik spa mərkəzi olacaq.