Yaponiyada nanoliflərlə təchiz edilmiş “ağıllı”geyimlər təqdim edilmişdir
31.1.2014

Yaponiyada nanoliflərlə təchiz edilmiş “Hitoe” smart geyiminin nümayişi keçirilmişdir. Layihənin müəllifləri qismində “NTT Docomo” mobil operatoru və “Toray” şirkəti çıxış etmişlər.
“Hitoe” modellərinə tikilmiş sensorlar nəbzi ölçməyə və kardioqrama parametrlərinə oxşar göstəricilər əldə etməyə qadirdilər.
Plan bu sistemi artıq “NTT Docomo” operatorunun smartfonlarına quraşdırılmış müvafiq platforması ilə birləşdirməkdən ibarətdir.

AzərTac