Yanvarın 31-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) “World Vision International” humanitar təşkilatının ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik” layihəsi çərçivəsində hazırlanmış videoçarxın təqdimatı olmuşdur.
Ötən ilin sentyabrından həyata keçirilən layihənin məqsədi əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında yeni münasibətlər qurmaq istiqamətində fəaliyyət göstərməkdən ibarətdir.
Layihə bu ilin sentyabrında başa çatacaqdır.
AzərTac