Azərbaycanda elektron xidmətlərlə bağlı yeni dövlət xidmətinin yaradılmasına ehtiyac var.
Bu
barədə “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə:
nailiyyətlər və perspektivlər” mövzusunda Şamaxıda keçirilən konfransda
çıxışında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
rəhbəri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, hazırda
ayrı-ayrı dövlət orqanlarının elektron xidmətlər sahəsində apardığı
işlər fərqli səviyyədədir. Bundan başqa, bu yaxınlarda dövlət saytlarına
müəyyən hücumların olması da bu məsələnin milli təhlükəsizliyə aid
olduğunu göstərib: «Ona görə də elektron hökumətlə bağlı məsələləri
koordinasiya edən, təhlükəsizlik məsələlərinə nəzarət edən xüsusi dövlət
xidmətinin yaradılmasına ehtiyac var».
APA