“Seltik”in qapıçısı Freyzer Forster kluba məxsus 92 illik rekordu yeniləyib.
Şotlandiya çempionatının 2-ci turdan təxirə salınmış “Sent-Mirren”lə oyununda (1:0) qapısını toxunulmaz saxlayıb.
Bununla da qapıçı “Seltik”in heyətində 11 oyun qol buraxmayıb. Beləliklə, Freyzer 1922-ci ildən bəri “Seltik”də təzələnməyən 10 oyunluq “quru” seriyanı yeniləyib. Hazırda qapıçının “quru” seriyası 1035 dəqiqədir.
publika.az