450 qadın ayaqqabısı oğurladı
3.2.2014

Yapon polisi qəribə oğrunu yaxalayıb. Tokioda 450 cüt qadın ayaqqabısı oğurlayan şəxs yaxalanıb. Cinayətkarın 29 yaşlı Syö Sato olduğu məlum olub. Belə ki, Sato aylardır oğurluq edib. Tokio polisi oğrunun manyak olduğunu təxmin edib.

Çünki Sato məhz hündür daban ayaqqabıları oğurlayıb və evində saxlayıb. Polis Satonu kişi klublarından birində həbs edib. Onun psixoloji problemləri olduğu məlum olub.

Sato deyib ki, ayaqqabıları satmaq fikri olmayıb, sadəcə oğurluq prosesi xoşuna gəlib.

Big.az