Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Pragalos Bakıya gəlib. Səfər zamanı Pragalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərovla görüşüb.
Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan cari il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
Ölkəmizə səfəri zamanı Pragalos və ETU-nun baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər.
APA