Qoç - yeni planlarla tələsməyin. Əvvəl
başladığınız işi başa vurun. İşdə yeni mövqedən ən çətin sahələrə nəzər
salın, ağır problemi həll etməyə çalışın.
Maddi perspektivlər
formalaşır. Situasiya səbr və ən müxtəlif insanlarla əlaqələr
yaradılmasını tələb edir. Ümumi məqsəd və gələcəklə bağlı planları
tərəfdaşlarla müzakirə edin. Hər konkret situasiyada davranışla bağlı
intuisiyanıza güvənin.
Mühüm saydığınız məsələyə cavab ala bilərsiniz.
İstirahət üçün vaxt tapın. Səhhətinizin qeydinə qalın.
Özünüzü çox yormayın.
Buğa
- nisbətən sakit gündür. Yeni işlərə başlamağa tələsməyin. Axtardığınız
məlumatı tapmaq üçün səy göstərin. Təcrübəli insanlarla əlaqədə olun,
müvafiq məlumat mənbələrinə üz tutun.
İşgüzar perspektivlər
şəxsi münasibətlərlə qarışmasın. Bütün problemləri danışıqlarla,
soyuqqanlı şəkildə həll etmək olar. Sevdiyiniz insanla təmaslarda həssas
və qayğıkeş olun.
Tələsməyin, aramla davranın.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Əkizlər
- ideyalar və planlar səviyyəsində olan işləri həyata keçirin. Yaxın
iki ayla bağlı planları dəqiqləşdirmək olar. Fəaliyyətiniz üçün faydalı
ola biləcək informasiya arayın.
Məsləhətləşmə, toplantı,
yazışma, işgüzar tərəfdaşlarla görüş üçün yaxşı gündür. Günün ikinci
yarısında xoş olmayan xəbər ala bilərsiniz.
Bir plan
çərçivəsində işləmək üçün başqa planlardan müvəqqəti imtina etmək
gərəkdir. Vəziyyəti yaxınlarınız və həmfikirlərlə müzakirə edin. Ümumi
işi bir daha nəzərdən keçirin.
Şəxsi münasibətlərdə həssas olun, əlaqələrin önəmini azaltmayın.
Axşam saatlarında nisgil hiss edə bilərsiniz.
Xərçəng
- ikinci dərəcəli işləri diqqət mərkəzində saxlamayın. Maraq obyektləri
dəyişə bilər. Xəbərlər sizi cari işlərdən ayırmasın. Görüş, önəmli
məlumatın alınması, spontan toplantılar, təmaslar ola bilər.
Praktik
mənası olan işlərlə məşğul olun, hisslərlə illüziyalar aləminə
qapılmayın. İntellektual və yaradıcı fəaliyyətdə uğurlar əldə edə
bilərsiniz.
Səhhətinizə fikir verin. Axşam saatlarında
gəzintiyə çıxın, xoş insanlarla ünsiyyətdə olun. Hisslərdə konkretliyə
nail olmaq üçün əlverişli zamandır.
Şir
- yeni ideyaları reallaşdırmağa tələsməyin. Yarımçıq işləri başa vurun,
cari situasiyaya maksimum diqqət ayırın. Ev işlərini ön plana
çıxarmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətdə
süstlük nümayiş etdirməyin.
Ailə üzvləriniz və ya qohumlarınızın həyatında önəmli hadisələr yaşana bilər.
Yenilənmələr
zamanı başlayır. İşlərdə və ya münasibətlərdə önəmli mərhələni
sonuclandırın. Real ideyaları həyata keçirin. Emosiyaların
fəaliyyətinizə təsir etməsinə imkan verməyin.
Qız -
hansısa mövzu pikə yaxınlaşır. Dəyişikliklər və yeniliklər rahat
olmayacaq. Nə isə narazılığınıza səbəb olursa, problemi dərhal həll
etməyə çalışın. Səhvlərin fəsadlarının aradan qaldırılması,
münasibətlərə aydınlıq gətirilməsi, barışıq üçün pis gün deyil. Məşğul
olduğunuz işlə bağlı maraqlı ideya yarana bilər. Yaxşı məsləhət
aldığınızı düşünürsünüzsə, ondan yararlanmağı unutmayın.
Maraqlı
informasiyalar alacaqsınız. Köhnə fayllar, yazılar və məlumatlarda
ilginc məqam aşkarlana bilər. Yeni mövzu ideyalar səviyyəsində impuls
alır.
Hadisələri tələsdirməyin.
Tərəzi
- yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün yaxşı
gündür. Tələskənlik etməyin. Sizə yeni ideyalar verərək cari hadisələri
araşdırmağa və anlamağa yardım edə biləcək insanlarla ünsiyyətdə fayda
var.
Prioritetləri düzgün müəyyənləşdirin, az sonra baş
verəcək hadisələrin heç olmasa birini təxminləyin. Resurslarınızı
artırmağa başlayın.
Layihə və ya sifarişin müəyyən qisminin təkmilləşdirilməsi ilə məşğul olun. Belədə yaşamınızda daha çox qayda peyda olar.
Yaşam arealını qaydaya salın. Detallara və xırdalıqlara fikir verin. Şəxsi münasibətlərdə emosiyaların təsiri altına düşməyin.
Əqrəb -
bu gün siz güclü rəqibsiniz. Yaxın ətrafınıza təsir edin. Cari işlərin
məcrasını intensivləşdirmək üçün situasiyadan yararlanın. Unutmayın ki,
nəzərdə tutduğunuz işlərə nail olmaq çətin olsa da, mümkündür. Ciddi
səhv prosesə ciddi zərbə vura bilər. Risk və münaqişələrə qatılmayın.
Heç bir ehtiyac duyulmadığı təqdirdə etiraflara başlamayın.
Stressdən alış-veriş vasitəsilə qurtulmağa çalışmayın. Bilik, bacarıq, təcrübənin artırılması üçün əlverişli zamandır.
Sizi çoxdan bəri narahat edən məsələni çözmək üçün yaxşı zamandır. Şərtlərə baxın, düşündüyünüz addımları atın.
Oxatan
- detallara xüsusi diqqət tələb edən gündür. Retroqrad olmayın. Təcili
məşğul olmağınız gərəkən problem var. Yaxın gələcəyin planlaşdırılması
ilə məşğul olun.
Qüvvə, potensial və yaşam stilinizi nəzərə
alaraq prioritetlərdə dəyişikliklər etmək olar. Böyük işlər sizi yenidən
maraqlandırır. Enerjiniz və planlarınız çoxdur.
Fəqət, ləngimələr, yavaşımalar, yaxın ətrafınızdakı insanlarla niyyətlərinizdə fərqlər ola bilər.
Yeni işlərə başlamayın. Pəhriz saxlamağa başlaya bilərsiniz. Səhhətinizə fikir verin.
Oğlaq
- gördüyünüz işlərin nəticələrini və varsa, nailiyyətlərinizi
dəyərləndirin. Yaşamınızda yenilik etmək vaxtıdır. Hələliksə mövqenizi
təhlil edin, zəif məqamları aşkarlayın və problemləri həll edin. Yaxın
vaxtlarda hansı təcrübəni əldə etmək istədiyinizi müəyyənləşdirin.
Yeniliklər vaxtıdır. Təəssüratlar axınının intensivliyini azaltmaq
gərəkdir.
Baş verənlər xoşunuza gəlmirsə, dəyişə bilmədiyiniz
olaylara müdaxilə etməyin. Yaşamınızı kontrolda saxlayın. Münaqişə
sevən, etibarsız insanlarla çalışmayın. Orqanizmin simptomlarına fikir
verin.
Dolça - emosiyalarla və
hiss-həyəcanla dolu gündür. Fəaliyyət qrafikindən çıxmamaq üçün səy
göstərin, düşündüklərinizi həyata keçirməyə can atın. Heç nəyi sabaha
saxlamayın, işləri təxirə salmayın. Əks halda stresslərin sayı və
ağırlığı artacaq.
Yaşamın sizi seçim qarşısında qoyduğu
situasiyaları qulaqardına vurmayın. Rəqiblərinizdən biri konkretliyə
nail olmaq istəyirsə, siz də aktiv olun. Asılılıq hissindən qurtulun.
Faydalı nəsnə ilə maraqlanan, etibar etdiyiniz insanlardan ibarət
ünsiyyət çevrəniz olsun.
Yeni faydalı vərdişləri əxz edin, səhhətinizin qeydinə qalın.
Alış-verişdə qənaətcil olun.
Balıqlar
- yaxın gələcəklə bağlı perspektivlər baxımından çox əlverişli və mühüm
gündür. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Əvvəllər
reallaşdıra bilmədiyiniz məsələni gerçəkləşdirə bilərsiniz. Sizə faydalı
ola biləcək insanlarla görüşün. Mövqelərinizi möhkəmləndirə biləcək
məlumatı arayın.
Maraqlarınızın təminatı üçün danışıqlar
aparın, dostlarla ünsiyyətdə olun, sosial şəbəkələrdə yazışın. Təxirə
saldığınız işlər üçün yaxşı gündür.
Sizə yardım etmək istəyən insan varsa, onun yardımından faydalanın.
Milli.Az