Axtarış
Başqa şəhərlərdə
Cənub-Şərqi Asiya ölkələrindən Taylandın əhəmiyyətli gəlir qaynaqlarından biri olan kakosun ləzzəti və faydaları çoxdur. Məhsulunu yığmaq isə olduqca çətindir.Taylanddakı bəzi kakos tarlası sahibləri hündürlüyü 20 metrə çatan ağacın meyvələrini yerə endirmək üçün uzun bambukların ucuna keçirdikləri iti bıçaqların köməyi ilə məhsulu yığır. Bəzi fermerlər isə fərqli bir üsuldan istifadə edir. Asiyada yaşayan 7-10 kiloqram ağırlığı olan meymunlar bədən ölçülərinin əksinə son dərəcə çevik və çalışqandır. Bu vəziyyətin fərqinə varan taylandlılar meymunları hələ körpə olanda təbii mühitlərində qurulan tələlər köməyi ilə tutaraq kakos toplamaq üçün tərbiyə edir.Eyni üsuldan İndoneziya və Şri Lankada da tarla sahibləri tərəfindən istifadə edilir. Tərbiyə zamanı meymunlar bəzən şiddətə də məruz qalır. İşçi meymunun iş qarşılığında gündəlik mükafatı isə sadəcə bir neçə banan və ya manqo olur.publika.az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.