Polad Bülbüloğlunun doğum günüdür – Video
4.2.2014

Bu gün xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun doğum günüdür.

Gün.Az xəbər verir ki, Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda anadan olub.

Özünə soyad kimi atası, xalq artisti Murtuza Məmmədovun ləqəbini - Bülbül götürüb. Uzun müddət Azərbaycanım mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildən əməkdar incəsənət xadimi, 1982-ci ildə isə Azәrbaycan SSR xalq artisti adına layiq görülüb.

Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınıb. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Eyni zamanda Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə də təltif edilib.
Video 1
Video 2

gun.az