Şahzadəyə qısa geymək qadağan edildi – Foto
4.2.2014

İngilis kral ailəsinin şahzadəsi Keyt Middletona (Kate Middleton) onu bu yaxında gözləyən səfərdə baş verə biləcək “fəlakət”dən qorumaq üçün qısa ətək geymək qadağan olunub.
Məlumatı T24 kanalı yayıb.

Məlumata əsasən, bu önləyci tədbir şahzadənin aprel ayında Avstriyaya edəcəyi səfəri üçün nəzərdə tutulub.

“Mail on Sunday” qəzetinin yazdığına görə, Keyt Middletonun qarderobu ilə Kraliça həzrətlərinin geyim modelyeri Angela Kelli məşğul olacaq.

Səfər 3,5 həftə davam edəcək. Ona görə də, Əlahəzrət Kraliça 2011-ci ildə Kanadadakı Kalqari havalimanında baş verən Keytin sarı ətəyinin havalanması hadisəsinin bir daha təkrarlanmasını istəmir.

K.Middletonun səfər edəcəyi ölkədə gün ərzində dörd paltar dəyişdirəcəyi gözlənilir.


gun.az