Bakı hotelləri Şərqi Avropa ölkələri hotellərinin reytinqində bahalılığına görə ikinci yeri tutur. Reytinqə Moskva hotelləri başçılıq edir. Rusiya paytaxtında bir hotel nömrəsinin sutkalıq qiyməti, may ayına olan məlumatlara görə, 137,88 funt-sterlinq təşkil edib. Bakıda isə bu göstərici ötən illə müqayisədə 12% azalaraq 115,28 funtdan 101,45 funta enib. İlk onluğa Lyublyana, Bratislava, Varşava və Zaqreb hotelləri də daxil olub.