Misir hakimiyyəti populyar El-Günə kurortunu ekoloji şəhər etmək qərarına gəlmişdir. İşlər uğurlu alınarsa, bu kurort Afrika regionunda həmin statusu qazanan ilk yaşayış məntəqəsi olacaqdır.
Misir KİV-lərinin məlumatına görə, yanvarın sonunda Misirin və İtaliyanın ətraf mühitin mühafizəsinə cavabdeh olan nazirlikləri arasında müqavilələr imzalanmışdır. Müqavilələr El-Günənin dəm qazı tullantıları olmayan şəhərə çevrilməsi üzrə kompleks planın hazırlanmasını nəzərdə tutur. Misirin ətraf mühit məsələləri üzrə naziri xanım L.İskəndər bildirmişdir ki, bu müqaviləni imzalamaqla Misir ətraf mühitin mühafizəsi və ekoloji turizm sahəsində sıçrayışa nail olmağa çalışır. Nazir demişdir: “Bundan əlavə, müqavilə Misirin imicini yaxşılaşdıracaq və şəhərimizin dəm qazı tullantıları olmayan yaşayış məntəqələri siyahısına daxil olmasına imkan verəcəkdir”.
Bildirilir ki, El-Günə Afrikada bu statusu alan ilk şəhər olan kimi Misirin digər kurortlarında oxşar layihələrin reallaşdırılması üzərində işə başlanacaqdır.
AzərTac