Londonda yaşayan azərbaycanlı skripkaçı konsertlər verəcəkdir
5.2.2014

Londonda yaşayan tanınmış azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva konsertlər verəcəkdir.
Fevralın 11-də Səbinə Rakçeyevanın Belçikanın Brüssel şəhərində konserti olacaqdır. Onun fevralın son günlərində Fransanın Paris və Böyük Britaniyanın London şəhərlərindəki çıxışları isə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr ediləcəkdir.
Həmvətənimiz martın 8, 11, 18 tarixlərində müvafiq olaraq Böyük Britaniyanın York, London, Bristol şəhərlərində çıxış edəcəkdir.
Tanınmış skripkaçı Səbinə Rakçeyevanın aprelin 5-də Böyük Britaniyanın Kembric şəhərində, aprelin 22-dən 28-dək isə Polşada konsertləri nəzərdə tutulmuşdur.
Musiqiçi mayın 1-2 və 11 tarixlərində Böyük Britaniyanın London, ayın 24-də Norviç şəhərlərində konsert verəcəkdir.

AzərTAc