Günün ulduz falı
16.2.2012

Qoç - Yuxarıda yazılanlar sizə aid deyil. İşdə uğurlarınız çox olacaq. Çətinliklərdən qorxmur, təslim olmur, yolunuza maneələr çıxdıqda, güclü və nüfuzlu biri sizə müqavimət gstərdikdə geri çəkilmirsiniz. Liderlik xüsusiyyətləriniz qabarıq hiss olunur. Bu gün yeni işçi götürə, həmfikir komandası toplaya bilərsiniz.
Özünüzə inam cazibənizi də artırır. Mənəvi dəstəyə ehtiyacı olan insanlar sizə tərəf can atırlar. Ev işlərinə çox vaxt ayıracaqsınız, həmçinin bunlarla məşğul olmaq xoşunuza gələcək. Günün ikinci yarısı yaradıcılıq qabiliyyətlərinizi tətbiq etmək üçün sahə tapacaqsınız.

Buğa - İntuisiyanız güclüdür, bu səbəbdən də işlərinizdə uğurlarınız çox olacaq. Kimlə işbirliyi qurub, kimdən uzaq durmağı, hansı layihənin gəlirli, hansının isə iflasa doğru sürükləyən olduğunu yaxşı təyin edirsiniz. İşgüzar dairələrdə nüfuzunuz artır, vəzifəcə özünüzdən üstün olan insanlarla, nüfuzlu şəxslərlə asan dil tapırsınız.
Yaxınlarınızla ünsiyyət isə bir az qəlizdir. Onlara elə gəlir ki, siz çox təzyiq göstərirsiniz. Güzəştə getməyə hazır olduğunuzu göstərin, ətrafdakıların rəyinə diqqətlə qulaq asın, fikrinizi daha yumşaq və aydın ifadə edin.

Əkizlər - İşgüzar baxımdan çox maraqlı gündür. Uğura əminlik üçün əlinizdə bütün əsaslar var: enerjili, işgüzar, inadkarsnız. Mənfi xüsusiyyətli bir amil isə müvəffəqiyyətinizi sual altında qoyur, bu özünüzə inamın həddən artıq güclü olmasıdır. Həmkarlarınıza və iş ortaqlarınıza qulaq asın, plan qurarkən onların rəyini nəzərə alın, bu, bir çox səhvlərdən və çətinliklərdən qaçmağa kömək edəcək.
İdmanın kontakt növləri, qrup rəqsləri ilə məşğul olan Əkizlər bu gün xüsusilə diqqətli olmalıdırlar, təsadüfi zədə riski böyükdür. Şəxsi münasibətlərdə hansısa yenilik etmək həvəsi güclü olacaq. Bir çoxları təhlükəli esperimentlər etmək istəyəcəklər. Amma ehtiyatı əldən verməyin.

Xərçəng - Nəsə alınmayan kimi əsəbləşir və sakitliyinizi itirirsiniz. İşlərinizin hamısının yağ kimi gedəcəyini də demək olmaz. Rəhbər Xərçənglər əsasən tabeliklərində olanları tənqid etməklə məşğul olacaqlar, bu, münaqişələrə əsas verir və işə mane olur.
Bu gün Xərçənglər ağıllarına gələni dillərinə gətirməkdən çəkinmir və mümkün nəticələr barədə düşünmürlər. Müsbət tendensiyaların təsiri də müşahidə olunacaq: yaradıcı potensialınız yüksəkdir, bir çox problemin orijinal və rahat həllini tapmaq imkanınız olacaq. Yaxınlarınızla ünsiyyətdə də bəzən sərtlik göstərirsiniz, amma tez toparlanır və mübahisələrin yaranmasına imkan vermirsiniz. Maliyyə məsələlərinin müzakirəsi isə daha ehtiyatlı olmanızı tələb edir, pul üstündə hətta ən yaxın insanlar mübahisə edirlər.

Şir - Planları və prioritetləri yenidən gözdən keçirin. Sizin üçün əvvəl prinsipcə vacib olanlar bu gün aktuallığını itirir, köhnəlir. Yenilənmək vaxtıdır. Rəhbərliklə ümumi məxrəcə gələ, yeni iş ortaqları tapa bilərsiniz. İşgüzar maraqlarınızı şəxsi məqsədlərinizə qarışdırmırsınız, bu isə xoşagəlməz situasiyalardan və ciddi səhvlərdən qaçmağa imkan verir.
Ailədəki xırda anlaşılmazlıqları böyütməyə meyllisiniz. Əslində, onlar ötəri xarakter daşıyır. Uşaqlarla mübahisələr gözlənilir.

Qız - İşdə səhvlər edə bilərsiniz, çox diqqətli və məsuliyyətli olun. Bu gün maliyyə sənədlərini imzalamaq, iri sövdələşmələr qurmaq məsləhət deyil. Hakimiyyət uğrunda mübarizə aparan insanlardan uzaq durun, havayı yerdən zərbə ala bilərsiniz.
Yaxınlarınızla ünsiyyət üçün münasib gündür. Onlarla dil tapmaq sizə asandır. Problemlərinin həllinə kömək edir, ehtiyacı olanlara dəstək verirsiniz. Sevgi etirafları və romantik görüşlər mümkündür. Tənha Qızları maraqlı tanışlıq gözləyir.

Tərəzi - Hansısa macərada, şübhəli işlərdə, intriqalarda iştirak çox təhlükəlidir. İnsanları tanıya bilmirsiniz, onlardan hansına güvənmək lazım olduğunu, hansının sizi öz məqsədləri üçün istifadə etmək istədiyini təyin etmək sizə çətindir. Bəzi Tərəzilər əvvəllər çəkindikləri nüfuzlu adamlardan gözlənilmədən dəstək alacaqlar.
Yaxınlarınızdan kimsə sizə təzyiq göstərməyə çalışacaq, sizi mənəvi cəhətdən hələ hazır olmadığınız addımları atmağa vadar edəcək. Bir çox Tərəzilərin bu gün vacib görüşləri olacaq. İlk baxışdan məhəbbət də mümkündür.

Əqrəb - Mürəkkəb məsələlərdən qorxmayın, hamısının öhdəsindən gələ biləcəksiniz. Üzdə qalmağa çalışın, bu, sizə karyera nərdivanıyla yuxarıya dırmaşmağa, nüfuzlu adamların dəstəyini almağa, iş ortaqları, investor və sponsor tapmağa şans verəcək. İntuisiyadan daha çox, ağlınıza güvənin, bu, bir çox səhvlərdən qaçmağa kömək edəcək.
Şəxsi münasibətləriniz stabil və ahəngdardır. Sevdiyiniz şəxslə uzunmüddətli planları müzakirə edə bilərsiniz. Səhhətinizə qarşı diqqətli olun, xroniki xəstəliklərinizin güclənməsi ehtimalı var.

Oxatan - Bu gün özünüzü göstərmək üçün dəfələrlə yaxşı imkanınız olacaq. Çalışın, sizin şücaət və qəhrəmanlıqlarınız kölgədə qalmasın - ətrafdakıların təqdirindən faydalana biləcəksiniz, üstəlik, kefiniz durulacaq. Gün kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün münasibdir. Sövdələşmələriniz sərfəli olacaq.
Sevdiyiniz insanlar sizi diqqət və qayğı ilə əhatə etməyə hazırdırlar. Onlara eyni cür münasiət bəsləyin, bu, ailədə ahəndarlq yaradacaq. Günün ikinci yarısını daxili araşdırmalara, gələcək planların tərtib olnmasına həsr edə bilərsiniz.

Oğlaq - İşiniz çoxalır, bir çox Oğlaqlar isə hətta iş vaxtından əlavə zəhmət çəkməli olacaqlar. Bu gün həm özünüzün, həm də başqalarının problemlərini həll etməli olacaq, başqalarının buraxdıqları səhvləri araşdıracaqsınız. Amma məşğul olduğunuz iş sizə maraqlı gəlir, enerjiniz də çoxdur, odur ki, şikayətlənməyəcəksiniz.
Sizə etibarlılıqlarını sübut etməmiş insanlarla ünsiyyətdə ehtiyatlı olun. Plan və ideyalarınızı paylaşmağa tələsməyin. Fikrinizi üstüörtülü deyin. Çoxillik “staj”a malik evlilər günü problemsiz başa vuracaqlar. Yeni-yeni eşq yaşayanlar isə çətinliklərlə üzləşə bilərlər.

Dolça - Bir çox işgüzar məsələlər asan həll olunur. İşdə uğurlar gözləyə bilərsiniz. Ətrafdakıların rəğbətini qazanmaq sizə asandır, məlahətiniz professional problemlərinizin həll olunmasnda yardımçınız olacaq. Yaradıcı potensialınız yüksəkdir. Cəsarətli təkliflər irəli sürür və orijinal ideyalar səsləndirirsiniz.
Yaxşı əhval yaxınlarınızla ünsiyyəti gözəlləşdirir. Fikir ayrılıqları yaransa belə, onların öhdəsindən gəlmək asan olur. Yeni eşq macəraları sürətlə alovlanır, mövcud olan əlaqələrdə isə yeni keyfiyyətlər ortaya çıxır.

Balıqlar - Tələsik qərarlar verməyin, onlar çox təhlükəli ola bilər. Kimsə sizi tələsdirməyə, təzyiq göstərməyə çalışır. Müqavimət göstərin, özünüzün hərəkət sərbəstliyinizi müdafiə edin. Bu müqavimət çox çətin olacaq, amma qalib gəlmək şansınız var.
Maliyyə cəhətdən problemlər yaşayacaqsnız, bağladığınız sövdələşmələr ümidlərinizi doğrultmayacaq. Sevgililər bir-birindən küsürlər, amma bəhanələr xırda olduğundan tez barışacaqlar. Yeni münasibət qurmaq istərkən ehtiyatlı olun, onlar sizə xeyli problem yaradacaq.

                                                                                                                                  Milli.Az