Zaur Əmiraslanov Vüqar Həşimovun xatirəsinə mahnı ithaf etdi – VİDEO
5.2.2014

Əməkdar artist Zaur Əmiraslanov beynəlxalq dərəcəli qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə mahnı həsr edib.

Z.Əmiraslanovun qrossmeysterin xatirəsinə ithaf etdiyi “Əlvida” mahnısının sözləri Cabir Novruz, musiqisi Oqtay Kazıminindir.

Xatırladaq ki, Vüqar Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.

Bakı şəhərində III Fəxri Xiyabanda dəfn edilib.

VİDEO

Oxu.az