Kamal Abdullanın “Nar çiçəkləri” adlı kitabı işıq üzü görüb
6.2.2014

Yazıçı Kamal Abdullanın “Nar çiçəkləri” adlı şeirlər və kiçik poemalar kitabı işıq üzü görüb.

Kitabda K.Abdullanın müxtəlif dövrlərdə yazdığı şeirləri, ““Kitabi-Dədə Qorqud”dan sirr içində nəğmələr” başlığı ilə “Ümid qaldı sabaha”, “Dədə Qorqud: mən nə edim?” və s. kiçik poemaları yer alıb.

“Mütərcim” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Əliş Mirzalıdır.

APA