Veneranın 40 illik şəkli yayıldı - FOTO
6.2.2014

Venera planetinin 40 il bundan əvvəl çəkilmiş foto şəkli yayılıb.

Bu fotonu NASA-nın sosial şəbəkədəki rəsmi səhifəsi paylaşıb.

NASA rəsmiləri şəkilə yazılan şərhdə bildirir ki, Veneranın şəklini 40 il bundan əvvəl fəzaya göndərilən “Mariner 10” missiyası çəkib.

Bundan başqa bildirilir ki, Veneranın üzəri karbondioksik buludları ilə örtülüdür və bu planetin səthinin temperaturu 900 dərəcəyə çatır.

ANS PRESS