“Samsung” şirkəti 2013-cü ilin əvvəlindən başlayaraq dünyanın ən böyük televizorunu istehsal etməyə başlayıb.
İstehsal edilən televizorun ölçüsü 2.6 x 1.8 metrdir. Hələlik isə bu televizorları Çin, Yaxın Şərq, Avropa və Cənubi Koreyada almaq mümkündür.
Dünyanın ən böyük televizorunun kütləvi istehsalına bu ildən başlanılacağı gözlənilir. Satış qiyməti 150 min dollar olan televizorun adi insanlar tərəfindən alınması real görünmür.
ANS PRESS