Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1 nömrəli yataqxanasında tələbə istirahət mərkəzinin açılışı olmuşdur.
Açılış mərasimində universitetin rektoru, professor İbrahim Cəfərov son illər Azərbaycan təhsilində aparılan islahatlardan, müvafiq olaraq ADAU-da görülən işlərdən geniş söhbət açmışdır.
Müəllim və tələbələr yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdikdən sonra rəmzi lent kəsilmiş, iştirakçılar mərkəzdə yaradılan şəraitlə tanış olmuşlar.
AzərTAc