Azərbaycanda sahibkarlar üçün yeni internet portal yaradılıb
16.2.2012

Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə kiçik və orta müəssisələr üçün yaradılan internet portalın təqdimatı keçirilib. www.biznesinfo.az portalı IFC-nin İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi çərçivəsində yaradılıb.
İnformasiya biznes internet portalı Azərbaycanda sahibkarlıq subyektləri, xüsusilə də kiçik və orta müəssisələr üçün yaradılıb. Portalın məqsədi özəl sektorun maarifləndirilməsi, müəssisələr arasında işgüzar əlaqələrin qurulmasına yeni imkanların yaradılması və KOM-ların məhsulları və fəaliyyətləri barədə məlumatların yayımlanmasıdır.

                                                                                                                                           APA