Xalq artisti Firəngiz Şərifzadənin 90 yaşı tamam olub
7.2.2014

Fevralın 6-da xalq artisti Firəngiz Şərifzadənin 90 yaşı tamam olub.

Dövlət Gənc Tamaşaçılar Teatrından verilən məlumata görə, bu münasibətlə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva onu ziyarət edərək, doğum günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, F.Şərifzadə Anarın “Keçən ilin son gecəsi”, Məmmədhüseyn Təhmasibin “Rübailər aləmində”, Əkrəm Əylislinin “Yazığam, sevmə məni”, Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Elçinin “Mahmud və Məryəm”, «Ağ Dəvə» və s. əsərlərdə əsas rollarda çıxış edib.

APA