Papa başdan-ayağa şokolad oldu - FOTO
7.2.2014

"Usta şokoladçılar akademiyası"nın 20 həvəskar şokolad hazırlayan tələbəsi 4 həftə ərzində Papanın heykəlini hazırlayıblar.

Bir qrup tələbə tərəfindən Roma papasının şokoladdan heykəli hazırlanıb.

Katoliklərin ruhani lideri papa Fransiskin şokoladdan hazılanmış heykəli təqdim olunub.

Venesiyada "Usta şokoladçılar akademiyası"nın 20 həvəskar şokolad hazırlayan tələbəsi 4 həftə ərzində Papanın heykəlini hazırlayıblar.

Qeyd edək ki, ötən gün təqdim olunan heykəlin hazırlanması üçün mərkəzi Amerika ölkəsində yetişdirilən, öz keyfiyyəti ilə fərqlənən 1,5 ton Atitlan kakaosu istifadə olunub.



ANS PRESS