“Hələ “Təhsil haqqında” qanun qəbul olunarkən, Təhsil Nazirliyi olaraq
biz ciddi-cəhdlə çalışdıq ki, orta məktəblərdə 12 illik təhsilə
keçilsin.
Təəssüf ki, o zaman bu baş tutmadı. Amma qanunun qəbulundan bir müddət
keçəndən sonra hamı görür ki, bir çox ölkələrdə – dünya ölkələrinin
təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur. Ona görə də
yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik
təhsilə keçməklə bağlı qərar qəbul ediləcək”. Bunu təhsil naziri Misir
Mərdanov deyib. Nazir bildirib ki, 12 illik təhsilə keçilərsə, 10 illik
təhsil icbari olacaq: “Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali
məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar.
Bununla, həmçinin bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan
repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək”.
APA