Qoç - günlə bağlı böyük gözləntiləriniz olmasın.
Əməkdaşlığına dəyər verdiyiniz tərəfdaşa qarşı iddiaları və iradları
minimuma endirin. Problemlərin işin gedişatında əhəmiyyətli
çatışmazlıqları üzə çıxardığı məqamlarda qərarlar və tədbirlər radikal
ola bilər. İşlərinizdə və münasibətlərdə eksperimentlərə təşəbbüs
göstərməyin.
Təhlükəsizliyinizin təminatını düşünün.
Təlimatları və qaydaları pozmayın. Tanımadığınız yerlərdə axşam
saatlarında dolaşmayın. Ətrafınızdakı insanları mövqeyinizi qəbul
etməyə, bölüşməyə vadar etməyin.
İşlərin gedişatına yarıtmaz düzəlişlər etməyin. Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın.
Buğa
- ətrafınızdakı insanlar diqqət mərkəzinizdə olan situasiyanın
mahiyyətini görməyə şərait yaradacaqlar. Potensialınızdan yararlanın,
prinsiplərinizə xəyanət etməyin.
İşlərin gedişatını nizama
salmaq üçün səbatlı mövqedə qalın. Yaxın gələcəkdəki işə hazırlaşın.
Çünki az sonra status-kvonu qorumaq üçün həvəs və istəyiniz olmayacaq.
Təhlükəsizliyinizi təmin edin. Yaxınlarınızın qeydinə qalın.
Məsləhətlərə qulaq asın. Tərəfdaş və şəriklərin əsas işdən kənar durmalarına yol verməyin.
Əkizlər -
bu gün yaxşı heç nə vəd etmir. Situasiya ilə barışın, uğursuzluğa səbəb
olan məqamlara kəskin etiraz etməyin. Əldə etməkdən daha çox verməli
olacaqsınız. Şərtlərin nəzərə almaması səhhətinizə mənfi təsir edə
bilər. İntensiv rejimdə çalışaraq yorulmalı olacaqsınız. Tanışlardan
biri köhnə vədi xatırladacaq.
İmkan varsa, mühüm görüş və ya
görüşü sabahkı günədək təxirə salın. Emosional vurnuxmalar, zəiflik,
nervoz davranış sizə planlaşdırılan işi görməyə mane olacaq.
Mümkün qədər çox fiziki iş görərək stressdən qurtulun. Rasionunuza fikir verin.
Xərçəng
- bütün cəbhələrdə uğur qazanmaq istəyirsinizsə, səhhətiniz ağır
zərbəyə məruz qala bilər. Maraq dairəinizi həll etməyə çalışdığınız
məsələlərlə məhdudlaşdırın. Fəqət, başladığınız hər işi mütləq başa
vurmağa çalışın.
Ətrafınızdakı insanlarda əlverişli təklifər
alar bilərsiniz. Cari fəaliyyətdə yeni ideyalar axtarışı stimullaşacaq.
Planlarınızı reallaşdırmaq üçün yeni müttəfiqi sizdən uzaqda olan
insanın sayəsində qazanacaqsınız.
İntellektual və fiziki yükü ifrata çatdırmayın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir
- işgüzar aktivliyi həddən artıq intensivləşdirməyin. Məqsədə sürətlə
çatmaq istəyini ətrafınızdakı insanların gözləntilərinə uyğunlaşdırmağa
çalışın. İşdə rəhbərliyin, evdə valideynlərin məsləhətlərinə diqqətlə
qulaq asın.
Statusu olan və ya ailə ierarxiyasında yüksək yer
tutan insan öz mövqeyini, baxışlarını sizə qəbul etdirməyə çalışacaq.
Soyuqqanlı davransanız, yaşananlardan faydalana bilərsiniz.
Şəxsi maraqlarınız sizin fikrinizi qata bilər. Özünüzün və ətrafınızdakı insanların əhvalını korlamayın.
Qız
- ətrafınızda olanlardan biri hissləriniz və maraqlarınız hesabına
mövqeyini möhkəmlətməyə çalışır. Narazılıq, yığılan gərginlik
aktivləşərək aşkar qarşıdurmaya çevrilə bilər. Münaqişə üçün kiçik
qığılcım yetər. İşlər istədiyiniz sürətlə irəliləmir.
Ev işləri,məişət qayğılarını unutmayın. Yaxınlarınızla ünsiyyət, açıq havada gəzinti xoş emosiyalar bəxş edəcək.
Şəxsi
münasibətlərdə gərginlik yaratmayın. Sizi narahat edən məsələ ilə bağlı
həssaslıqla danışın. Səmimiyyət sözlərdən önəmlidir.
Tərəzi -
qarışıq, təbəddülatlı gündür. Çox görüşlər keçirməli, məlumat almalı,
informasiyaları təhlil etməlisiniz. Mübahisələrə qatılmayın - onlarda
heç bir fayda yoxdur. Münaqişəli situasiyalarda kimin haqlı olduğunu
anlamaq asan deyil. Ən yaxşısı odur ki, cari işə fikir verin,
xırdalıqları diqqətdən qaçırmayın.
Kiçik təmirlə məşğul olmaq, nasaz alət və avadanlıqdan qurtulmaq olar. Alış-veriş üçün əlverişli gün deyil.
İstənilən rəqabət imicinizə bir daha fikir vermək üçün səbəbdir. Axşam saatlarını ünsiyyəti xoş saydığınız insanlarla keçirin.
Əqrəb
- yaşam sizi müəyyən çərçivəyə salır. Bu da sizə zamanınızı asudə
planlaşdırmağa və görmək istədiyiniz işi seçməyə mane olur. İddiaların
səviyyəsini aşağı salın. Mümkün qədər çox iş görməyə çalışın. Hansısa
illüziyanın darmadağın olması nəticəsində perspektivlərə daha aydın
baxacaqsınız.
Ətrafınızdakı insanlarda süstlük və inad
görürsünüz. Başqalarının çatışmazlıqlarını görün, amma sərt tənqidə
varmayın. Səylərin birləşdirilməsi, güzəşt axtarışı və işlərin təminatı
daha optimal davranışdır.
Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında qonaq gedə bilərsiniz.
Oxatan
- planlar qurun, arzulayın, oynamaq istədiyiniz partiyanın fiqurlarını
tərpədin. Heyət, iştirakçılar, prioritetləriniz və məqsədləriniz
dəyişir. Diqqətinizi yeni obyektə yönəldə biləcək tanışlıq ola bilər.
Maddi perspektivlərə dəyişikliklər edin.
Başqalarının
problemlərinə müdaxilə, çağırış olmadan yardım etmək cəhdi, kiməsə
hamilik etmək istəyi çox pis nəticələr verə bilər. Yeni problemlər
qazanmayın. Onları çözmək xeyli vaxt alacaq.
İzafi gərginlik
tələb etməyən işlərlə məşğul olun. Mütləq valideynlərlə təmasda olun.
Onların sizin qayğınıza və diqqətinizə ehtiyacı var.
Yaşam arealını nizamlayın.
Oğlaq
- yaşamın sakit ritmini pozmayın. Çox çalışın, sağlam qidalanın.
Faydalı vərdişlər əxz edin. Tamahınıza qul olmayın. Ətrafınızdakı
insanlardan biri maraqlarınıza qarşı çıxaraq əhvalınızı korlamağa
çalışacaq. Emosional problemlərinizi yola qoymaq asan deyil.
Özünüz də həddən artıq inadkar və adamayovuşmaz olmayın.
İşləri əvvəlcədən plandaşdırın. Kənar təzyiqlərlə təsirlərə uymayın.
Baş verənləri diqqətlə izləyin. Sizi narahat edən məqam, məşğul olduğunuz iş önəmlidir. Bunu görməməzdən gəlməyin.
Dolça
- birmənalı olmayan gündür. Uğur qazanmaqla yanaşı, uğursuzluğa düçar
da ola bilərsiniz. Niyyətlər müqavimətlə üzləşəcək. Yaxın ətrafınızdakı
adamlardan biri heç bir motivasiya olmadan vədlərinə əməl etmək
istəməyəcək. Aktiv işləyin, fəal olun.
Yaşam arealını qaydaya
salın. Yaxın ətrafınızdakı insanlar sizi müdafiəçi, problemlərdən xilas
edən insan sayırlar. Bu səbəbdən də işlərinin bir qismini sizə həvalə
etməyə çalışırlar. Başqasının əvəzinə qərar qəbul etməli, iş görməli
olacaqsınız.
İntiriqaların gücləndiyi və əsəblərin tarıma
çəkildiyi məqamlarda əsəbiləşməyin. Kimlərsə emosional oyunlara
başlayaraq sizin hesabınıza irəliləmək istəyir.
Balıqlar - nüfuzlu fiqurlarla münasibətlərdə sərtlik nümayiş etdirməyin.
Sizə
elə gələ bilər ki, təzyiqlərə məruz qalırsınız. Yaxın ətrafınızdakı
insanlar rahat ünsiyyət və istirahətinizə mane ola bilərlər. Güzəştə
gedin, aqressiv davranmayın.
Səbriniz tükənsə belə, soyuqqanlı olun.
Ailə
üzvlərinizə daha çox diqqət yetirin. Bu gün görüşəcəyiniz insanla təmas
qurun. Şəxsi münasibətlərdə tərəfdaşın təşəbbüsünə güvənin, hadisələrin
axarına sərt müdaxilə etməyin
Axşam saatlarında gəzintiyə çıxın.
Milli.Az