Axtarış
Başqa şəhərlərdə
Qara rəng bütün qadınların qarderobunun şah rəngidir. Çünki tələsəndə və nə geyinəcəyimizi bilməyəndə məhz qara rəngli paltarlara əl atırıq. Qəhvəyi qaranın bir növ qardaşı və bir-birinə yaxın tonlar olduğu üçün onu da xilaskar rənglər sırasına əlavə edə bilərik.Qəhvəyi rəngi paltar seçəndə bir neçə nüansa fikir vermək lazımdır. Elə bir qəhvəyi ton seçməlisiniz ki, dəri rənginizə də uyun olmalıdır. Sarışınlar sərt qəhvəyi tonlara müraciət etməli olduğu halda, əsmər xanımlar qəhvəyinin daha yumşaq və açıq tonlarına üstünlük verməlidir. Qəhvəyi rəngli paltarı tamamlamaq və sadə eleqantlığı əldə etmək üçün həcmli və zövqli aksesssuar seçmək lazımdır. Paltar seçəndə biçiminə də fikri verməlisiniz. Uzun qəhvəyi rəngli paltar özəl bir gecədə bütün diqqətləri üzərinizə toplamağa kömək edəcək. Təbii ki, diqqət mərkəzində olmaqdan çəkinmirsinizsə... Düzünə qalsa, qəhvəyi o qədər də könül açan, əyləncəli rəng deyil. Buna baxmayaraq, tutqun rəng də adlandırmaq olmaz. Modanın iki əsas rənglərindən biri olduğunu unutmayın. Digərinin qara olduğunu deməyə ehtiyac yoxdur, məncə. Publika.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.