İsveçdə taekvondo üzrə “Trelleborq Open” beynəlxalq turniri başa çatıb.
Azərbaycan yığması bu yarışda 6 medala layiq görülüb.
Qızıl medalları Kamil Əbdürrəzzaqov (55 kq), Anar Mehdiyev (45 kq) və Məhəmməd Məmmədov (59 kq) qazanıblar.
2-ci yeri 78 kq çəki dərəcəsində çıxış edən Səid Quliyev tutub. Bürünc medallar isə Fizam Mehdiyevin (51 kq) və Əli İsazadənin (45 kq) aktivindədir.
Gün.Az