Uşaqlıq illərində məşhurlaşan, "Evdə tək" filmindəki baş rolu ilə
dünyaca populyarlaşan Makoley Kalkini dünya kiçik oğlan kimi tanıyırdı.
Təbii ki, "Evdə tək" filmindəki roldan illər keçib və Makoley də böyüyüb.
İndi onun 31 yaşı var.
ABŞ-ın Nyu-York şəhərindəki "Le Poisson Rouge" gecə klubundan çıxarkən
Makoleyin görkəmi bərbad idi. Həddən artıq arıq, saqqallı, yorğun,
qocaya bənzəyən Makaleyin əlində energetik içki vardı.
Makoleyin belə bərbad fotosu yayılan təki aktyorun mətbuat katibi açıqlama ilə çıxış edib.
"Makoley
Kalkinin durumu əladır və o, sağlamdır. Onun barəsində şayiələr
yayanlara isə bildirmək istərdik ki, məntiqsiz işlə məşğuldurlar", -
açıqlamada deyilir.
Milli.az