Ailəsini soyuqdan belə qoruyur - FOTO
11.2.2014

45 yaşlı Hüseyn 5 uşağının dərdinə qalmaq üçün bu addımı atdığını deyir.

Soyuqdan qorunmaq üçün yaşadığı mərtəbəni neylonla örtüb.

Türkiyənin Muş şəhərinin sakini Hüseyn Arme yaşadığı 5 mərtəbəli evin 3 mərtəbəsini soyuqdan neylonla örtüb.

45 yaşlı Hüseyn 5 uşağının dərdinə qalmaq üçün bu addımı atdığını deyir. “Əgər böyük ölçüdə neylon tapılsa, bütün binanı örtərəm”, - deyə Hüseyn Arme deyib.

Xatırladaq ki, Muş şəhərində hazırda 5 dərəcə soyuq var. Ümumilikdə isə Türkiyənin şərq bölgəsində hava temperaturu – 20 dərəcəyə enib.

ANS PRESS