Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və
mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli
toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala
bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz
səylərin əbəs olduğunu anlayacaqsınız.
Kənar təsirlərə boyun əyməyin, soyuqqanlı davranın. Manipulyasiyaya uymayın. Kimsəyə imkan verməyin ki, sizi idarə etsin.
Daha sərt mövqe tutun.
Buğa
- nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı
nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin.
İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq
mümkün deyil.
Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşırlar. Maraqlı imkanlar yaranır.
Ciddi romantik münasibətlərin başlanması istisna deyil. Təmasların asan olmayacağını bilin.
Əkizlər
- çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm
işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq,
düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və
diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola
bilər. Nəqliyyat vasitəsini idarə edərkən xüsusilə diqqətli olun.
Sizə
birbaşa dəxli olmayan münaqişələrlə qarşıdurmalara qarışmayın,
mübahisələrdə iştirak etməyin. İştirakınızı mütləq saydığınız
situasiyalarda belə, başqalarının problemlərini çözməyə çalışmayın.
Axşam saatlarını evdə, yaxınlarınızın yanında keçirin. Onlar sizi tez başa düşürlər.
Xərçəng
- bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi
işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli
deyil.
Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala
bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik
münasibətlər başlarsa, sürətlə inkişaf edəcək.
Maliyyə
çətinlikləri istisna deyil. Alış-verişi təxirə salın. Qısamüddətli səfər
və səyahət istisna deyil. Uzunmüddətli səyahətə çıxmayın.
Şir
- sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt
tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab
tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər,
tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.
Alış-verişdə
diqqətli olun. Pulu boş yerə xərcləməyin, yalnız lazım olan əşyalar
alın. Yaşlı qohumlar və tanışlarla ünsiyyətdə fayda var. Yardım və
məsləhət alacaqsınız.
Qız - çox gərgin
olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə
hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı
və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin
vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.
Ciddi
iş və genişmiqyaslı layihələr üçün əlverişli gün deyil. Peşəkar
aktivlik səviyyəsini ifrat dərəcədə artırmayın. Şəxsi münasibətlər
baxımından uğurlu gündür.
Axşam saatlarında dostlarla görüşməyi unutmayın.
Tərəzi
- günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli
zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və
ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.
Əks cins mənsubu ilə tezliklə dil tapa bilərsiniz.
Uzunmüddətli
planlar qurun, gələcəyi düşünün. İntuisiyanız sizə necə davranmağın
yolunu göstərəcək. Bir sıra işlər planlaşdırdığınız kimi alınmayacaq.
Əqrəb
- günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın,
xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların
yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz.
Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə
bilərsiniz.
Əks cins mənsubları ilə təmaslarda həssas olun.
Yaxınlarınız qarşısında yüksək tələblər qoymayın, ifrat iradlar səsləndirməyin. Nöqsan və zəiflikliklərinizə haqq qazandırmayın.
Belə olarsa, dostlarla münasibətlərdə sərinlik yaranacaq. Qarşılıqlı umu-küsü də istisna deyil.
Oxatan -
dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni
situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını
arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.
Gözlənilməz
və dəyərli hədiyyələr ola bilər. Köhnə dostlar özlərini
xatırladacaqlar. Onlarla əla vaxt keçirə bilərsiniz. Axşam saatları
sakit istirahət üçün əlverişlidir. Dəvət aldığınız məclisə və ya
çağırıldığınız tədbirə qatılın.
Oğlaq
- ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın.
Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq
istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar.
Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu
hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. Onlar uğursuzluqlarında
sizi suçlu bilirlər.
Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. İmprovizələr məsləhət deyil.
Çox böyük rəğbət bəsləməyinizə rəğmən son vaxtlar münasibətlərinizdə
sərinlik yaşanan insanla səmimi danışın. Qarşılıqlı anlaşma yolunda
hansı sədlər yaratdığınızı aydınlaşdırın.
Dolça
- günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən
soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə
qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd
etməyin.
Qəfil görüşlərdən biri yeni, romantik münasibətlərin
əsasını qoya bilər. Ailə problemlərinin həlli, yaxınlarınız üçün
əhəmiyyətli məsələlərin həlli üçün əlverişli gündür.
Balıqlar -
asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin
məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır.
İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq. İşdə rəhbərlik və
həmkarlarla təmaslarda, evdə yaxınlarınızla söhbətlərdə həssas və
diqqətli olun.
Bəyəndiyiniz işlə məşğul olmaq imkanı yaranır.
Xoşagəlməz işləri təxirə salın. Maraqlı işgüzar təkliflərin alınması
mümkündür. İş yerini dəyişmək və ya köçmək barədə düşünə bilərsiniz.
Yeni ideyalar pis deyil.
Milli.Az