Mart ayına olan qeyri-iş günləri açıqlandı
11.2.2014

Mart ayında bayramla əlaqədar qeyri-iş günləri açıqlanıb.

Nazirlər Kabinetinin qərarına əsasən bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü ölkəmizdə Novruz bayramı günü kimi qeyd olunacaq.

Martın 22-si və 23-ü şənbə və bazar günlərinə düşdüyündən martın 24-ü və 25-i də ölkədə qeyri-iş günü olacaq. Bundan başqa, 8 mart beynəlxalq qadınlar günü də şənbə gününə düşdüyü üçün martin 10-u da qeyri-iş günü sayılacaq.

Beləliklə, Azərbaycanda gələn ay 10 günə yaxın bayram edəcəyik.

teleqraf.com