Akademik Mahmud Kərimovun xatirəsi anılıb
11.2.2014

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Mahmud Kərimovun vəfatından bir il ötür.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın həqiqi və müxbir üzvləri, elmi-tədqiqat institutlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılar Fəxri Xiyabanda Mahmud Kərimovun məzarını ziyarət ediblər.

Onlar görkəmli alimin qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.


Lent.az