Paul Volker 25 milyon dollar miras qoydu - FOTO
11.2.2014

Kaliforniyanın Santa Klarita bölgəsində yüksək sürətlə qəza törədərək dünyasını dəyişən məşhur aktyor Paul Volkerin mirası açıqlanıb.

40 yaşında dünyasını dəyişən məşhur aktyor Paul Volkerin ötən gün vəsiyyəti açıqlanıb.

15 yaşlı Midou Reyn Volker adlı bir qızı olan məşhur aktyor bütün sərvətini qızına miras qoyduğu açıqlanıb.

Açıqlanan vəsiyyətə görə, məşhur aktyorun 15 yaşlı qızı Midou Reyn Volkerə 25 milyon dollar dəyərində bir miras qoyduğu və bu vəsiyyətində qızı yetkinlik yaşına çatana qədər irsinin qanuni qoruyucusu, səlahiyyət sahibi Paul Volkerin anası Şerli Volker göstərilib.

Xatırladaq ki, "Sürətli və Hirsli" filmlərinin baş rol ifaçısı Paul Volker, meneceri Rocer Rodas ilə xeyriyyə tədbirinə gedərkən etdikləri qəza nəticəsində dünyasını dəyişərək bütün kino dünyasını qəmə boğmuşdu.



ANS PRESS