Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Müşahidə Şurasının sədri Umud Mirzəyev şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir.
Gündəlikdə duran məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2014-cü il Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif etmişdir. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilmişdir. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdirmişlər. Müşahidə Şurasının üzvləri qaliblər üçün 1000 manat, həvəsləndirici yerlər üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul etmişlər.
AzərTac