“Muğam dünyası” adlı konsert olacaqdır
11.2.2014

Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində “Muğam dünyası” adlı konsert olacaqdır.
Konsertdə Əməkdar Artist Sahib Paşazadənin bədii rəhbərliyi ilə “Muğam” instrumental ansamblı çıxış edəcəkdir.
Konsertin solistləri - gənc xanəndələr Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Günay İmamverdiyeva və Sərxan Bünyadzadədir.

AzərTAc