Montre Beynəlxalq caz festivalının laureatı, istedadlı cazmen Şahin Növrəsli avqustun 31-də Fransada 11-ci Beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcəkdir.
Ş.Növrəsli bildirmişdir ki, konsert Azərbaycanın Fransadakı səfirliyinin
təşkilatı dəstəyi ilə reallaşacaqdır. O indiyədək Uday Mazumdar, Alison Miler, Aleks Pek, Mat Zebroski,
Cef Lederer, Con Vikan, Saşa Maşin və başqa tanınmış musiqiçilərlə eyni səhnəni
bölüşmüş və albomlar yazdırmışdır. Azərbaycanlı cazmen, həmçinin Türkiyə,
Fransa, Kanada, Rusiya və digər ölkələrdə uğurlu konsert proqramları ilə çıxış
etmiş, həmin ölkələrin aparıcı universitetlərində və məktəblərində ustad
dərsləri vermişdir.