Axtarış
Başqa şəhərlərdə
Britaniyadakı "Lapicida" şirkəti dünyanın ilk mərmər "Ferrari"-sini hazırlayıb. Şirkətin rəhbəri Ceyson Çerinqtonun dediyinə görə, model Londondakı satış-sərgi salonunda nümayiş olunacaq. Şirkət 1962-1964-cü illər arasında istehsal edilmiş Ferrari 250 GTO-dur. Belə maşınlardan cəmi 36 ədəd buraxılmışdı. 3 litr həcmli, 12 silindrli bu model 279 km/saat sürətə malikdir. Yorkşirdə yerləşən "Lapicida" şirkətinin bossu C.Çerinqton bildirib ki, mərmərdən hazırlanmış Ferrari 250 GTO adi Ford Fiesta-dan 3 dəfə baha, real modeldən isə 4 dəfə ucuzdur. Mərmər model 3D skanlaşdırma və 3DMax proqramı vasitəsilə layihələndiriləndən sonra kəsilib.Real Ferrari 350 GTO modeli 45 milyon dollardır. İtaliyadakı "Arabescato" mərmərindən kəsilmiş 1,2 metrlik "Ferrari"-nin hazırlanması 100 saat çəkib.Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.